Azərbaycan dili fənni üzrə monitorinqin nəticələri açıqlanıb

Azərbaycan dili fənni üzrə monitorinqin nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin nəticələri bəlli olub.

Şagirdlərin nəticələri bal və məzmun istiqamətində təhlil olunaraq ümumi təhsil müəssisələrinə göndərilib.

Monitorinq zamanı şagirdlərin dinləyib-anlama (5 tapşırıq), oxuyub-anlama (10 tapşırıq) və yazı (1 tapşırıq) bacarıqları ölçülüb və hər üç məzmunun nəticələri müəyyən olunub.

Qeyd edək ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.

Azərbaycan dili fənni üzrə növbəti monitorinq fevralın 21-də 4, 6, 7 və 8-ci siniflərdə keçiriləcək.

Əldə edilən monitorinq nəticələrinin düzgün təhlili və təhlildən əldə olunan nəticələr əsasında görüləcək işlər çox vacib şərtlərdəndir.

144 nömrəli məktəb olaraq biz də nəticələr üzərində təhlillər apardıq eyni zamanda məktəbin özünün apardığı monitorinq nəticələri ilə BŞTİ- nin icra etdiyi monitorinq nəticələrini müqayisə etdik. Bir çox qaranlıq məqamlar aşkara çıxdı.

Nəticə!!!

Təlim nəticəsi aşağı olan alt standartlar belə olmuşdur:

Məktəbimizdə

4-cü siniflər üzrə 2.2.3

6-cı siniflər üzrə 2.1.1, 2.2.5

7-ci siniflər üzrə 2.2.5

8-ci siniflər üzrə isə 2.1.1

Növbəti monitorinqə (məktəbdaxili) qədər qeyd olunan alt standartlar üzərində iş aparılacağı, bu alt standartların təlim nəticəsinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərin icrası nəzərdə tutulub.

P.s : BŞTİ, Təhsilin Keyfiyyətinə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə müəllimə və komandasına, bu vacib işin keyfiyyətli təşkilinə görə dərin təşəkkürümü bildirirəm. Həqiqətən bu qədər detallı təhlil ancaq və ancaq peşəkar işidir.

BŞTİ və məktəbdaxili nəticələrin müqayisəsi, ümumən nəticələrin təhlili istiqamətində məlumatlarla ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi