MƏKTƏB RƏHBƏRLƏRİ İLƏ ONLAYN GÖRÜŞ...

MƏKTƏB RƏHBƏRLƏRİ İLƏ ONLAYN GÖRÜŞ...

Təcrübəli problem həll edənlər ən yaxşı alternativi seçərkən bir sıra mülahizələrdən istifadə edirlər.

18.01.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb kurasiyasına daxil olan məktəblərin rəhbərləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində onlayn görüş keçirildi.

Görüşdə 99,103, 102,157,276,267,246,248,299 və 297 nömrəli məktəbin direktorları iştirak etdi.Görüş zamanı BŞTİ rəhbərliyinin verdiyi tapşırıqlar məktəb rəhbərlərinin nəzərinə çatdırıldı.

Tədris-pedaqoji sənədlərlə işin təşkili, vətəndaş məmnuniyyəti, valideynlərin portal.edu.az saytı haqqında maarifləndirilməsi, BSQ- nin icrası, növbəti BSQ -nin mərkəzləşmiş və daha keyfiyyətli keçirilməsi üçün təşkil ediləcək işlərdə məktəblərin dəstəyi, sosial media savadlılığının artırılması, şagirdlərin birinci sinifə qəbulu, paytaxt məktəbləri üzrə dislokasiya və.s məsələlərə dair geniş müzakirə aparıldı.

Problemlərin daha operativ həlli üçün təkliflər olundu, təlim və tərbiyə prosesinin daha keyfiyyətli təşkili, izlənməsi və qiymətləndirilməsi üçün vacib məqamlar müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi