Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər Dövlət Proqramı üzrə məktəbdə seminarlar təşkil olundu.

Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər Dövlət Proqramı üzrə məktəbdə seminarlar təşkil olundu.

26.01.2024-cü il tarixində məktəbimizin həkimi Adilova Sevda V-VII siniflərdə "sağlam qidalanma", "qida təhlükəsizliyi", "sağlam və rasional qidalanma" mövzusunda məşğələ-seminar keçirdi.    Seminarda sağlam qidalanmanın prinsipləri, yemək rejimi, gündəlik qida norması, xüsusilədə yeniyetmələrin fiziki və zehni fəaliyyətlərində önəmini qeyd etdi.

Həkim yemə pozuntuları, emosional yemə və qida psixologiyası ilə bağlı da şagirdləri maarifləndirdi. Anoreksiya, bulumia, nevroza kimi yemə pozuntularının yaranma səbəbləri, bu pozuntuların fəsadları, həddən artıq yemə və ya az yemə kimi qeyri-sağlam qidalanmanın psixoloji tərəfləri ilə şagirdlər tanış oldu. 

Sonda şagirdlərin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi