Açıq dərs- Ədəbiyyat

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, ədəbi-bədii kompozisiyaların, dəyirmi masaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Fevralın 17-də 7-ci sinifdə Şəhla Abbasovanın rəhbərliyi ilə "Kərgədan və qarışqa" əsərinin təhlilinə həsr edilmiş açıq dərs təşkil edildi. Təmsildə əsas məqsəd tənbəlliyin pis vərdiş kimi pislənməsi, əməyin əhəmiyyəti idi. Şagirdlər bu xüsusiyyətlərə fikirlərini nümunələr göstərməklə əsaslandıraraq münasibət bildirirdilər. Qrup işləri müəllim tərəfindən onlara təqdim edilmiş meyarlar əsasında qiymətləndirildi. Sonra isə şagirdlər "Əməyə hörmət" mövzusunda yaradıcı tapşırıqları həvəslə yerinə yetirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi