Rəsm sərgisi - EKO AYLIQ davam edir
2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər həyata keçirilir. Növbəti tədbir olaraq təsviri incəsənət müəllimi İlahə Ədilovanın rəhbərliyi ilə ayrı-ayrı siniflərdə “Memarlıq”, "Naxışlar" və "Misgərlik nümunələri" mövzusunda rəsmlər çəkildi. Sonra isə məktəbin foyesində mövzular üzrə şagirdlərin çəkdikləri rəsm işlərinin sərgisi təşkil edildi. Bu istiqamətdə məktəbdə məqsədyönlü işlərin davamlı təşkili həyata keçiriləcəkdir.