"Nənənin boxçasından" - dilimiz, varlığımız.

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, ədəbi-bədii kompozisiyaların, dəyirmi masaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Fevralın 13-də 5-ci sinifdə Mədinə Əzimovanın rəhbərliyi ilə "Nənənin boxçasından" - dilimiz, varlığımız. mövzusunda ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbir zamanı şagirdlərin ifasında ana dilimizə həsr edilmiş şeirlər, sitatlar, səhnəcik təqdim edildi.