Qədim idman oyunlarımız- EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər həyata keçirilir. Növbəti tədbir olaraq fiziki tərbiyə müəllimləri rəhbərliyi ilə milli idman növlərinə həsr edilmiş siniflər arası yarış təşkil edildi, sonra şagirdlər tərəfindən idman oyunları nümayiş olundu. Tədbirin təşkil edilməsində məqsəd milli idman oyunlarının şagirdlərə tanıdılması və öyrədilməsidir. Qədim idman oyunlarında şagirdlər böyük həvəslə iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi