“Şifahi xalq ədəbiyyatı”mız- EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər həyata keçirilir. Növbəti tədbir olaraq 6b sinfində ədəbiyyat müəllimi Yeganə Bəkirovanın rəhbərliyi ilə “Şifahi xalq ədəbiyyatımız” mövzusunda ədəbi-bədii kompozisiya təşkil edildi.Tədbir zamanı şagirdlərin təqdimatında “Şifahi xalq ədəbiyyatı” mövzusunda fikir mübadiləsi aparıldı, hazırladıqları yazı materialları təqdim edildi. Şagirdlər tərəfindən milli etnoqrafiyamıza aid nümunələr- bayatılar, atalar sözləri, məsəllər, sanamalar, düzgülər, uşaqlar üçün qədim xalq oyunları nümayiş etdirildi, sonra şagirdlərin ifasında bayatılara həsr edilmiş musiqi parçaları səsləndirildi. Tədbirin təşkil edilməsində məqsəd “Şifahi xalq ədəbiyyatı”mızın keçdiyi inkişaf yolunun şagirdlərə tanıdılması və öyrədilməsi idi. Bu istiqamətdə məktəbdə məqsədyönlü işlərin davamlı təşkili həyata keçiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi