Kiçik Akademiyanın hesabat yığıncağı

N.Babayev adına 144 saylı orta məktəbdə yaradılmış ''Kicik Akademiya''nın 10.02.2017-ci il tarixdə 2016 -2017-ci il üzrə hesabat yığıncağı kecirildi. Yığıncaqda Kiçik Akademiya üzvləri və qonaq qismində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ş.Balıyeva, müəllimlər iştirak edirdilər.Yığıncağı giriş sözü ilə açan ''Kicik Akademiya”nın prezidenti Nicat Huseynli Kiçik Akademiyanın 1-ci yarim il uzrə gördüyü işlərinə həsr etdiyi slayd-roliki təqdim edərək ətraflı məruzə etdi. Daha sonra Kiçik Akademiyanın fənn rəhbərləri Fəxriyyə Cəbiyeva, Nihad Vəliyev, Səkinə Əlizadə, Məsumə Abdullayeva və digərləri bu müddət ərzində gördükləri işlər barədə öz hesabatlarını təqdim etdliər. İl ərzində Kiçik Akademiya üzvləri arasında öz fəallığı ilə fərqlənən Eldar Xancanov, Aysu Hüseynli, Nuray Məmmədzadə və digər şagirdlər çıxış edərək növbəti ildə arzu və təkliflərini söylədilər. Bildirdilər ki, Kiçik Akademiyada iştirak onların bilik və bacarıqlarının artırılmasında, eyni zamanda bir-birilə fikir mübadiləsində, yeni ideyalar axtarışında böyük stimul verir, öyrənmə-tədqiqat həvəsini daha da gücləndirir.