Dövlət Miqrasiya Xidmətinə ekskursiya
Dövlət Miqrasiya Xidmətinə ekskursiya məktəblilərinin böyük marağına səbəb olmuşdur.Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 10 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına əsasən Binəqədi rayon məktəblilərinin növbəti qrupu - 144 saylı məktəbin şagirdləri Xidmətin aparatına ekskursiyası təşkil edilib.Məktəblilər DMX-nın Qəbul və Gözləmə zalları, “Çağrı mərkəzi”nin fəaliyyəti və əməkdaşların iş prosesləri ilə tanış olub, Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra Xidmətin Akt zalında Binəqədi rayon məktəbliləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev şagirdləri salamlayıb və onlara Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi. Sonra Xidmət tərəfindən hazırlanan “Uzun səyahət” filmi nümayiş olunub.Məktəblilərinin böyük marağına səbəb olan ekskursiyanın sonunda xatirə şəkli çəkdirilib və şagirdlərə hədiyyələr verilib.