AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT AYLIĞI – Açıq dərs-10a

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, ədəbi-bədii kompozisiyaların, dəyirmi masaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Fevralın 10-da 10-cu sinifdə Radə Məmmədovanın rəhbərliyi ilə ədəbiyyat fənni üzrə M.Füzulinin“Əqli yar olsaydı” qəzəlinin təhlili mövzusunda açıq dərs keçirildi. Dərs zamanı şagirdlərin Füzuli yaradıcılığına və qəzəllərinə münasibətini əks etdirən qrup təqdimatları dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi