“Əlifbamız və onun tarixi” - eko aylıq

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər həyata keçirilir. Bunlardan biri 5a sinfində ədəbiyyat müəllimi Vəsmiyyə Aslanovanın rəhbərliyi ilə “Əlifbamız və onun tarixi” mövzusunda təşkil edilmiş dəyirmi masanı nümunə göstərmək olar. Tədbir zamanı şagirdlərin təqdimatında “Əlifbamız və onun tarixi” mövzusuna həsr edilmiş təqdimatlar nümayiş edildi, sonra şagirdlər arasında fikir mübadiləsi aparıldı, hazırladıqları yazı materialları təqdim edildi. Tədbirin təşkil edilməsində məqsəd əlifbamızın tarixi, keçdiyi inkişaf yolunun şagirdlərə tanıdılması və öyrədilməsi idi. Bu istiqamətdə məktəbdə məqsədyönlü işlərin davamı nəzərdə tutulmuş və həyata keçirəcəkdir.