Nigar Rəfibəylinin 110 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi.

Bu gün məktəbimizin kitabxana müdiri Xatirə Rəsulova, kitabxanaçı Ləman Qurbanova və UBR Züleyxa Soltanovanın təşkilatcılığı və 6-cı sinif şagirdlərinin iştirakı ilə Nigar Rəfibəylinin 110 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən şagirdlər Nigar Rəfibəyli poeziyasının ən gözəl nümunələrini səsləndirdilər. Münsiflər heyəti tərəfindən 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri müəyyənləşdirilərkən Nigar Rəfibəylinin şeirlərinə yazılmış musiqilər səsləndirildi. Müsabiqənin qalib şagirdləri məktəbimizin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Mirzəliyeva tərəfindən sertifikatla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi