Ədəbi nümunələrdən kino sənətinə.

Ədəbi nümunələrdən kino sənətinə.

Bu çərçivə daxilində məktəbin Azərbaycan dili müəllimi Vəsmiyə Aslanovanın rəhbərliyi altında 6C sinif şagirdlərinin təkliflərini nəzərə alaraq Azərbaycan xalqının ulu babalarından olan oğuz türklərinin qəhrəmanlıq salnaməsi olan , 1950- ci illərdə " mürtəce abidə" elan edilərək nəşrinə və öyrənilməsinə qadağa qoyulan "Kitabi- Dədə Qorqud" dastanının motivləri əsasında çəkilən "Dədə Qorqud" filminə baxış keçirildi.Filmi diqqətlə izləyən ,hadisələrə tənqidi və yaradıcı yanaşan şagirdlər bir sıra təkliflər irəli sürdülər .Məsələn, ssenari müəllifinin yerində olsaydım mən filan səhnəni belə çəkərdim, düşməni bağışlamazdım, Qaraca Çobanı ağaca bağlamazdım və s.kimi fikirlər səsləndi. Öz təəssüratlarını bir- biri ilə ölüşən şagirdlər növbəti dərslərin birində " Qaraca qız" filminə baxmağı təklif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi