TeenEagle nəticələri elan olundu.Məktəbin VIA sinif şagirdi Sənəm Həmidova qaliblər sırasındadı.

TeenEagle nəticələri elan olundu...

Məktəbin VIA sinif şagirdi Sənəm Həmidova qaliblər sırasındadı.

Sənəm qızımızı təbrik edir və uğurlar arzulayırıq.

TeenEagle şagirdlərin ingilis dili biliklərini ölçən bir beynəlxalq olimpiyadadır.

Bu yarışa qoşulan şagirdlərə hər il müxtəlif mövzulu əsər, kitab formasında və həmin əsərin animasiya filmi təqdim edilir.

KİTAB HAQQINDA...

Bu il təqdim olunan kitabın adı "Super Powered" idi. Kitab mövzusu olduqca fərqli idi. Hətta bir psixoloqun şəxsi qeydlərindən ibarət, psixaloji əsər də hesab etmək olar. Kitabda insanların öz duyğularını idarə etməkdən, hiss və həyəcanlarını idarə etməkdən, məntiqlə və duyğular ilə aldıqarı qərarların hansının daha uğurlu ola biləcəyi, həyati situasiyalar üzərindən izah edilirdi.

Şagirdlər bu kitabı oxumalı, filmi izləməlidir. (Hər ikisi eyni mövzuda olur)

Yarış günü şagirdlərə 60 sayda sual təqdim edilir. Sualların 30 ədədi kitaba, 30 ədədi isə filmə aid olur. 1 saat vaxt təyin edilir.

Suallar şagirdin həm faktaloji həm də prosedural biliyini ölçməyə yönələn sual tipləri olur.

Onu da qeyd edim ki, verilər suallar daha çox şagirdlərin prosedural biliyinə yönələn suallar idi.

Olimpiadada iştirak etmək şagirdlərin bu yaşda kitab oxumağına bir təkan, motivasiya, ingilis dilində film izləyib başa düşmələrinə gözəl fürsətdir.Eyni zamanda şagirdlərin beynəlxalq dərəcəli təcrübə əldə etməkləri üçün də gözəl fürsətdir.

İmtahan 2 kateqoriyada keçirilir:

6, 7, 8-ci siniflər bir (“Eaglet”), 9-10-11-ci siniflər isə digər (“Eagle”) kateqoriyada.

5-ci sinif şagirdlər 6-cı sinif kimi qeydiyyatdan keçərək “Eaglet” kateqoriyasında yarışa qoşula bilərlər.

İmtahanda bütün 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər.Lakin İngiltərədə təşkil ediləcək yay məktəbində iştirak etmək üçün şagirdlər bu imtahanda iştirak etməli və minimum 40% nəticə toplamalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi