30.04.2024-cü il tarixdə məktəbin sinif müəllimi Aynur Əliyevanın rəhbərlik etdiyi IV B sinif şagirdləri Tarix muzeyini ziyarət ediblər.

30.04.2024-cü il tarixdə məktəbin sinif müəllimi Aynur Əliyevanın rəhbərlik etdiyi IV B sinif şagirdləri Tarix muzeyini ziyarət ediblər.

Ekskursiyanın məqsədi şagirdlərin tarixi abidələr və şəxsiyyətlərlə bağlı bilik və məlumatlarını genişləndirmək və möhkəmləndirmək olmuşdur.

Şagirdlər muzeyin otaqlarını gəzərək eksponatlarla tanış oldular. Hər bir məlumatı diqqətlə dinləyən şagirdlərin sualları muzey işçiləri tərəfindən ətraflı izah olunurdu.

Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Hacı Zeynalabdin Tağıyevin ev muzeyi şagirdlər üçün maraqlı oldu. Çünki onlar bu böyük şəxsiyyət - xeyriyyəçi insan haqqında dərsliklərindən müəyyən məlumatlar əldə etmişdilər. Bu gün isə kitabda yazılanların bir çoxunu bu muzeydə gözləri ilə görürdülər.

Şagirdlərin ən çox maraq göstərdiyi eksponatlardan biri də 44 günlük möhtəşəm qələbəmizin simvolu "Dəmir yumruq" oldu. Onlara bu simvolun qarşısında xalqımızın tarixi qələbəsi, Qarabağın azad olunması, ordumuzun əzmkarlığı, şəhidlərimizin xatirəsi haqqında ətraflı məlumatlar verildi.

Tarix muzeyinə bu ekskursiya şagirdlərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərmiş və onlarda tariximizi öyrənməyə marağı artırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi