Dünyamızı qoruyaq...

Dünyamızı qoruyaq...

Bildiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Təhsil müəssisələri də illik fəaliyyət planında bu istiqamətdə bir çox işlərin icrasını nəzərdə tutmuşdur.

Bu işlər birbaşa ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, su ehtiyatlarından səmərəli istifadə, tullantıların yenidən necə emal olunmasına həsr edilir.

144 nömrəli məktəb də "Dünyamızı qoruyaq" şüarı ilə açıq havada çağırış məqsədli tədbir həyata keçirdi. Tədbirdə Binəqədi Rayon İcra başçısının müavini Sevinc xanım Süleymanova, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, məktəbin müəllim və valideynləri iştirak etmişdir.

Tədbirdə şagirdlər öz araşdırmalarına əsasən, təqdimatlar etmiş, ətraf mühitin qorunmasına dair hazırladıqları bukletləri tədbirdə iştirak edən qonaqlara təqdim etmişlər.

Sonda məktəbyanı sahədə güləkmə aksiyası keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi