Azərbaycan Respublikası Hərb-Tarixi muzeyinə səfərimiz,

Azərbaycan Respublikası Hərb-Tarixi muzeyinə səfərimiz, mənəvi qürur yerimiz!

Bu gün Birinci Qarabağ müharibəsinin şəhidi Azərbaycan Bayrağı ordenli leytenant Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin 10 cu sinif şagirdləri və məktəbin hərbi rəhbəri Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan polkovnik-leytenant Yunisov Vaqif ilə birlikdə Azərbaycanın Görkəmli Generallarının tanıdılması eyni zamanda Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 106 cı il dönümü münasibəti ilə

Hərb tarixi muzeyimizi ziyarət etdik.Muzeyə səfərimiz ilk olaraq muzeyin həyətində olan ağır texnika Tanklar, Zirehli transpartorlar, piyadanın döyüş maşınları, haobitsalar, toplar, helikopter, döyüş təyyarələri və hərbi dəniz qüvvələrinin döyüş gəmilərinə baxışı ilə keçdi. Sonradan muzeyin 12 zaldan və 1200 dən çox eksponatından ibarət əsas binanın ekskursiyasından ibarət oldu. Burada "Orta əsrlər, Zəfər tarixi, Heydər Əliyev və ordu quruculuğu, 1ci və 2ci dünya müharibəsi, Xalq cumhuriyyəti, Şuşa qalası, Quru qoşunları, Hərbi dəniz qüvvələri və Hərbi hava qüvvələri" zalları mövcuddur. Muzey İlk baxışdan şagirdlərimizi əzəmətli binası və hər eksponatın dəyəri hamını heyrətə gətirirdi. Muzey bələdçilərinin ətraflı izahatları çox alqışalaiq qiymətləndirildi. Azərbaycanın tarixi hərbi eksponatları Generalların1914-1918ci illərdə 1 ci dünya müharibəsi dövründə 1918-1920ci illərdə Xalq Cumhuriyyətinin dövründə və 1939-1945 ci illərdə 2 ci Dünya müharibəsi dövründə ,istərsədə ən yeni hərb tariximiz 2020 ci il Vətən müharibəsi dövründə Yüksək zəka, hərb sənətinə mükəmməl yiyələnməsi və döyüş bölmələrini idarəetməsi nəticəsində əldə etdikləri nailiyyət, uğurları, hərb elminə verdiyi tövhələr danılmazdır.

Ziyarətimiz 3 saat davam etdi, amma heç burdan ayrılmaq istəmirdik. Mənəvi cəhətdən çox zövq aldıq, Şəhidlərimizi andıq kədərləndik, Zəfərimizə baxdıq qürur duyduq, Millətimizin bu zəfər uğrunda keçdiyi yola baxdıq və bunu bizim davam etdirməli olduğumuz vəzifəni anladıq. Bunu yüksək qiymətləndimək və nəsillərdən-nəsillərə ötürmək bizim borcumuzdur.

Fəxr etdik ki, BİZ AZƏRBAYCANLIYIQ!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi