30.04.2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Şövkət Novruzovanın rəhbərlik etdiyi 2C sinif şagirdləri “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğunu ziyarət ediblər.

30.04.2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Şövkət Novruzovanın rəhbərlik etdiyi 2C sinif şagirdləri “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğunu ziyarət ediblər.

Ekskursiyanın məqsədi şagirdlərimizin milli dəyərlərimiz, qədim mədəniyyətimiz olan tarixi abidələrlə bağlı biliklərini genişləndirmək və möhkəmləndirmək olmuşdur.

Şagirdlər “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğunu, Qız qalası, Şirvanşahlar muzeyi , dünyada ilk və hələ ki, yeganə olan Miniatür Kitab Muzeyini ziyarət etdilər. Şagirdlər muzeydə olan eksponatlarla tanış oldular. Onları maraqlandıran suallara ətraflı izah verildi. Bu ekskursiya şagirdlər üçün çox maraqlı oldu. Onlar kitabda yazılanların bir çoxunu öz gözləri ilə gördülər. Bu ekskursiya şagirdlərimizdə milli dəyərlərimizə, keçmişimizə hörmət hissini daha da möhkəmləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi