Anım Gününə həsr olunmuş konfrans

Məktəbin akt zalında tarix müəllimlərinin rəhbərliyi və 7-9-cu sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirildi.
Himninin səslənməsi ilə başlanan tədbirdə iştirakçılar ilk olaraq Ulu Öndərin əziz xatirəsini ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yad etdilər.
Daha sonra məktəbin tarix müəllimləri çıxış edərək, Ulu Öndərin siyasi fəaliyyəti, zəngin irsi barədə geniş məlumat verdilər. Görüşdə şagirdlərin təqdimatında Heydər Əliyevə həsr olunmuş şerlər deyildi, musiqilər səsləndirildi, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Tədbirdə eyni zamanda Heydər Əliyevin sevdiyi musiqilərdən biri-Tofiq Quliyevin bəstəsi olan “Sənə də qalmaz” mahnısı dinlənildi.