Dərs müəllifləri ilə maraqlı müzakirələr

Bu gün məktəbdə Elm vəTəhsil Nazirliyinin həyata keçirdiyi "Ehtiyat dərslik" layihəsinin Azərbaycan dili üzrə dərslik müəllifləri Aysel Xanalıyeva və Dilrüba Cəfərova pilot sinif - VIa sinfində (fənn müəllimi Bəkirova Yeganə) monitorinq məqsədi ilə iştirak etdilər.
Monitorinqin məqsədi yeni dərslik komplektlərinin sınaq prosesini müşahidə etmək idi. Mövzu məşhur cərrah professor N. Rzayevin xatirələri əsasında yazılmış "Cənub xatirələri"mətni idi.
Dərs çox maraqlı alındı. Şagirdlərin fəallığı, milli dəyərlərimizə maraqları və öz fikirlərini sərbəst və səmimi şəkildə ifadə etmələri dərslik müəlliflərinin çox xoşuna gəldi. Dərsdən sonra şagirdlər və fənn müəllimi Yeganə Bəkirova dərslik haqqında öz fikirlərini və təkliflərini bildirdilər.