Əməkdaşlıq görüşü
Əməkdaşlıq — başqaları ilə işləməyi bacarmaq, kömək istəmək və kömək etməkdən çəkinməmək, işin və fikrin bölüşdürməsinə can atmaq, birgə fəaliyyətdə həmrəylik, müzakirə və təhlillər aparmağı, bir-birini qiymətləndirməyi bacarmaqdır.
05.12.2023-cü il tarixdə Binəqədi rayonu 144 Nömrəli Məktəbin Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb kurasiyasına daxil olan məktəblərin rəhbərləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş keçirildi.
Görüşdə 99,103, 102,157,276,267,246,299 və 297 nömrəli məktəbin direktor və təlim- tərbiyə işləri üzrə direktor müavinləri iştirak etdi.Görüş zamanı BŞTİ rəhbərliyinin verdiyi tapşırıqlar məktəb rəhbərlərinin nəzərinə çatdırıldı.Tədris-pedaqoji sənədlərlə işin təşkili, onlayn sənədləşmə, təhlillərin aparılması, onlayn sorğuların həyata keçirilməsi və.s məsələlərə dair geniş müzakirə aparıldı.
Müzakirələr zamanı məktəb rəhbərləri fəaliyyətin effektiv və operativ təşkil olunmasına dair təcrübələrini bölüşdü və müvafiq təkliflər verildi. Təkliflərə əsasən isə işin keyfiyyətli təşkili üçün zəruri hesab edilən ortaq qərarlar qəbul edildi.
Növbəti həftələrdə məktəblərin təlim- tərbiyə işləri üzrə direktor müavinlərinə təhlillərin daha effektiv aparılması və izlənməsi, sorğuların təşkili üçün vacib olan bacarıqların təkmilləşdirilməsi üçün təlimlər keçiriləcəkdir.