25 noyabr Kəlbəcər Şəhəri Günü

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü münasibətilə məktəbin tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi ilə VIII və IX sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Şagirdlər Kəlbəcərin tarixini araşdırmış, maraqlı məlumatlar əldə etmişdilər.Rayonun yaranması, əhalisi, təbii sərvətləri, mineral suları, meşələr və s. haqqında çox maraqlı slaydlar, videoçarxlar hazırlanmışdı. Şagirdlər Kəlbəcərin işğaldan əvvəlki dövrü , işğalı və quruculuq dövrünü sistemli şəkildə izah etdilər. Bu kimi tədbirlər şagirdlərə tariximizi öyrənmək baxımından çox kömək edir.