“ Sabah olmayacaq”mövzusunda maarifləndirici görüş keçirildi.

Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə məktəbin Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Kəmalə Mirzəliyevanın rəhbərliyi altında 9-cu sinif şagirdləri ilə “ Sabah olmayacaq”mövzusunda maarifləndirici görüş keçirildi.
Tədbirdə narkomaniyanın psixi asılılıq yaradan bir xəstəlik olmasını, insanları cəmiyyətdən təcrid etməsini, cəmiyyətin həmin insanlara qarşı birmənalı münasibətləri vurğuladı.
Qeyd olundu ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən biri olmaqla yanaşı bu gün gənclərin formalaşması,onların sağlam böyüməsində ən mühüm amildir.
Şagirdləri ətraflı maarifləndirdikdən sonra onları maraqlandıran suallar cavablandırıldı.