Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaq hüquqları tribunası” mövzusunda konfrans keçirilib.

Noyabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaq hüquqları tribunası” mövzusunda konfrans keçirilib.

BMT-nin 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbirdə Türkiyənin müvafiq qurumlarının nümayəndələri və 100-dən çox uşaq iştirak edib.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra dövlət uşaq siyasətini, eləcə də uşaq iştirakçılığı sahəsində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Konfransı açan AQUPDK-nın sədri Bahar Muradova tədbir iştirakçılarını, eləcə də qardaş Türkiyədən gələn qonaqları salamlayıb. İki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə diqqət çəkən komitə sədri müvafiq sahədə uğurlu əməkdaşlıq əlaqələrindən danışıb.

Ölkəmizdə uşaqların hüquqlarının yüksək səviyyədə qorunduğunu, onların diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayan Bahar Muradova bildirib ki, Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşı Muhammed Furkan Bilge qardaş ölkədə həyata keçirilən uşaq siyasətindən söz açıb. O, uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə komitə ilə birgə uğurlu əməkdaşlığın ölkələrimiz arasında dostluğu daha da inkişaf etdirəcəyini bildirib.

Rəsmi hissədən sonra konfrans işini uşaq hüquqları ilə bağlı mövzuları əhatə edən 4 panel iclası davam etdirib.

Rəsmi qurumların nümayəndələri “Uşaqların yaşamaq hüquqları”, “Uşaqların müdafiə hüquqları”, “Uşaqların inkişaf hüquqları” və “Uşaqların iştirak hüquqları” mövzularında fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər

Konfransda məktəbin 11A sinif şagirdi Murad Zərbəliyevdə iştirak etmişdir.

Murada uğurlar və nailiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi