Yeniyetmələr arasında narkomaniya və zərərli vərdişlərə meylilik istiqamətində psixoprofilaktik və maarifləndirici iş aparıldı.

Məktəb psixoloqu S.Orucova tərəfindən 8-ci sinif şagirdləri ilə Yeniyetmələr arasında narkomaniya və zərərli vərdişlərə meylilik, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində psixoprofilaktik və maarifləndirici iş aparıldı. Əvvəlcə “Problemlər ağacı” adlı tapşırıq yerinə yetirildi. Bu tapşırıqda şagirdlər insanları narkotik istifadə etməyə təhrik edən səbəbləri və narkoasılılığın nəticələri haqqında bildiklərini təhlil etdilər.  Tapşırığın təhlilindən sonra məktəbin kimya müəllimi N. Almirzayev şagirdlərə narkotiklərin tərkibi və onların orqanizmi necə zəhərlədiyi barədə uşaqlara geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi