20 noyabr Ağam Şəhəri Günüdür.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023- cü il tarixli Sərəncamına əsasən, 20 noyabr Ağam Şəhəri Günüdür.
Bu münasibətlə 15.11.2023-cü il tarixdə məktəbin tarix müəllimi Günay Quliyevanın təşkilatçılığı ilə 8C sinfində “ Ağdam Şəhəri Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ağdam rayonunun tarixi ,coğrafi mövqeyi , tarixi-memarlıq abidələri ,işğaldan azad olunması,milli qəhrəmanları və nəhayət orada başlanan tikinti-bərpa işləri haqqqında ətraflı məlumat verilmişdir.