Baki Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan IX Bakı Beynəlxalq Kitab Sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Baki Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan IX Bakı Beynəlxalq Kitab Sərgisi (#Baku #International_Book_Fair2023) keçirilir. Məktəb rəhbərliyi, müəllimlər və bir qrup şagirdimiz sərgidə iştirak etdilər.

Kitablar insanların fərdi inkişafına və söz ehtiyatının zənginləşməsinə kömək edir, insanın təxəyyülünü təkmilləşdirir, yaradıcı təfəkkür qabiliyyətini artırır. Kitablar həm də müxtəlif dünyaları və mədəniyyətləri araşdırmaq və bununla da insanların dünyagörüşlərini genişləndirmək imkanı verir. Dünyagörüşlü gələcək üçün şagirdlərə kitabları sevdirmək mühüm vəzifəmizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi