"Uşaq hüquqları ayı" Kəmalə Mirzəliyevanın rəhbərliyi ilə məktəbdə dəyirmi masa keçildi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2023-cü ildə də ölkəmizin qoşuldğu BMT- nin Uşaq hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri " Uşaq hüquqları ayı" elan edilib.Bunu əsas tutaraq Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Kəmalə Mirzəliyevanın rəhbərliyi ilə MDB PA DİMBİ-nin Bakı filialının əməkdaşlarının iştirakı ilə məktəbdə dəyirmi masa keçildi.Tədbirə 8- 9-cu snif şagirdləri cəlb olunmuşdular.

Qonaqlardan müşavir Mahmudova Nərmin Elqar qızı, məsləhətçi Yusifov Rəmzi Yusif oğlu, məktəbin direktoru İlahə xanım Uşaq hüquqları haqqında ətraflı məlumat verərək şagirdləri debata cəlb etdilər.Şagirdlər müzakirəyə qoşularaq öz hüquqları haqqında məlumat verməklə bərabər, onları maraqlandıran suallara da cavab almağa çalışdılar.Məsul şəxslər də suallara ətraflı cavab verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi