5 b sinfində Vəsmiyə Aslanovanın təşkilatçılığı ilə "Zəfərin mübarək,Azərbaycan !"başlığı altında sinif təşkilat saatı keçirildi.
Bu gün 5 b sinfində Vəsmiyə Aslanovanın təşkilatçılığı ilə "Zəfərin mübarək,Azərbaycan !"başlığı altında sinif təşkilat saatı keçirildi.Tədbirdə Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təkşkilatçı Kəmalə Mirzəliyeva və valideynlər də iştirak edirdilər.Əvvəlcə zəfəri bizə yaşadan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra söz şagirdlərə verildi.Onların ifasında bir- birindən maraqlı şeirlər dinlənildi. Zəfəri bizə yaşadan şəhidlərin qəhrəmanlığına, Dəmir yumruq əməliyyatına imza atan Ali Baş Komandanın taktikasına, işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərinə, torpaq həsrəti ilə yanıb -yaxılan soydaşlarımızın qayıdışına həsr olunmuş şeirlərdə vətən sevgisi öz əksini tapmışdır.Sonda şagirdlərin ifa etdikləri "Xudayar təsnif"i və "Azərbaycan əsgərləri"mahnıları şagirdlərin vətənə olan sevgisindən xəbər verirdi.