"Üçrəngli bayraq" mövzusunda esse

"Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim".
Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyi, xalqımızın milli mənsubiyyəti, tarixi və mənəvi dünyasının rəmzidir.
9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə dil- ədəbiyyat müəllimi V.Aslanova 5 b sinfində "Üçrəngli bayraq" mövzusunda esse yazdırmışdır.Məqsəd şagirdləri dövlətə, dövlətçiliyə, eləcə də dövlət atributlarına hörmət və məhəbbətlə yanaşmaq, bayrağımızın tarixinə, işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanmsına istiqamətləndirmək,onların bilik və bacarıqlarını üzə çıxarmaq idi.