Zəfər gününə həsr olunmuş "Can Azərbaycan " devizi ilə tədbir keçirilmişdir.

Zəfər gününə həsr olunmuş "Can Azərbaycan " devizi ilə tədbir keçirilmişdir.

Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Abbasova Şəhla Shehla Abbasova və musiqi müəllimi Təranə Hüseynovanın təşkilatçılığı ilə hazırlanmış tədbir şəhidlərin bir dəqiqəlik sükutla anımı və Azərbaycan himninin səsləndirilməsi ilə başlandı. Sonra 9 c sinfinin şagirdlərinə söz verildi. Şagirdlərin çıxışında şəhid Nicat Qasımzadəyə həsr olunmuş "Əsgər Nicat" və "İrəli, komandir" adlı səhnəciklər göstərildi. Zəfər Günü ilə bağlı şeirlər və mahnılar səsləndirildi. 5-ci sinif şagirdlərinin rəqsi tədbirə rəng qatdı. Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı isə alqışlarla qarşılandı. "Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır!" şüarı altında "Can Azərbaycan" mahnısı ilə tədbirin ədəbi-bədii musiqili hissəsi bitdi.

Daha sonra tədbirə dəvət olunmuş qonaqlara söz verildi. Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova, 144 nömrəli məktəbin məzunu-şəhid Murad Məmmədlinin anası Əfruzə xanım, Murad bəyin bacısı Şahnaz xanım, şəhid Nicat Qasımzadənin bacısı Fatimə müəllimə, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu, Bakıdakı 7 Nömrəli Tam Orta Məktəb 7 nömrəli tam orta məktəbin direktoru Konul Taxmezova Könül Təhməzova, qazi Rahil Məmmədov, qazi Nemət Almirzəyev, İslahatçı Gənclər İctimai Birliyi -nin sədri Fərid Şahbazlə Farid Shahbazli , Azxeber.com saytının təsisçisi Hacıbəy Heydərli Hacibey Heyderli və başqaları çıxış edərək II Vətən savaşında qazanılan tarixi qələbəmizdən bəhs etdilər.

Daha sonra məktəb tərəfindən bəzi müəllim və şagirdlər diplom və sertifikatlarla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi