"Güllə atıcılığı üzrə yarış"

Bu gün 56 nömrəli məktəbin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş məktəblərarası "Güllə atıcılığı üzrə yarış" da Bakı şəhəri üzrə 14 sayda məktəbin iki şagird və bir müəllimlərindən ibarət komandalar mübarizə apardılar.

144 nömrəli məktəb olaraq biz də bu yarışda iştirak etdik və I YER qalibi olduq.

Yarışa məsuliyyətlə yanaşan, şagirdləri hazırlayan məktəbin kimya müəllimi Nemət müəllimə və idman müəllimi Xanım müəllimə öz təşəkkürümü bildirirəm.

Şagirdlər gələcəyin cəsur əsgərləri kimi tam hədəfi nişan alaraq, ən yüksək ballar qazandılar.

Yarışı olduqca maraqlı, obyektiv təşkil etdiyi üçün 56 nömrəli məktəbin direktoru Könül xanıma minnətdarlığımızı bildiririk .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi