TƏHSİL İLƏ BAĞLI SORĞULAR

TƏHSİL İLƏ BAĞLI SORĞULAR

Onlayn sorğular yalnız böyük müəssisələrin və ya biznes qurumların istifadəsi üçün deyil. Təhsil sahəsində də sorğuların keçirilməsi tez-tez lazımlı və faydalı olur. Müəllimlər tərəfindən şagirdlərinin ehtiyaclarını daha yaxşı başa düşmək üçün təhsillə bağlı sorğu anketləri getdikcə populyarlaşır.

Sorğunun nəticələri isə şagirdlərin məktəbdə daha çox uğur qazanması üçün istifadə edilə bilər. Şagirdlərinizin məktəbiniz haqqında nə düşündüklərini və ya hansı müəllimlərin şagirdlər tərəfindən ən çox bəyənildiyini bilirsinizmi? Bəs, məktəbdə keçirilən hansı tədbirlər müəllimlər və ya şagirdlər üçün daha çox maraqlı gəldiyini necə, bilirsinizmi? Təhsil ilə bağlı sorğuların çox fərqli istifadə potensialı var. Lakin, ən başlıcası odur ki, sorğu sizə dürüst və səmimi fikir və rəy toplamağa kömək edə bilər.

 Sorğular şagirdlərə, valideynlərə və müəllimlərə öz fikirlərini söyləmək imkanı vermək, məktəbinizi uğur qazanmaq üçün doğru istiqamətə yönəltməyə kömək edə bilər.Valideynlər övladlarının məktəb işlərinə, təhsilinə aktiv cəlb olunmadıqda və ya evdə problemlər yaşandıqda, şagirdin davamiyyəti çox vaxt aşağı düşür. Valideynlərə sorğu anketi göndərərək, müəllimlər əlavə köməyə ehtiyacı ola biləcək şagirdləri müəyyən etməyə və ya əlavə dəstəyin tələb olunduğu məsələlərin olub olmadığını daha yaxşı öyrənə bilərlər.

 Təhsil ilə bağlı anket sualları vasitəsilə, valideynlərin övladlarının təhsilinə qatılma səviyyəsi haqqında da fikirlərini öyrənmək mümkündür. Bundan əlavə, bu növ sorğular, məktəblilərin təhsilinə dəstək olmaq üçün əlavə məsləhət və ya köməyə ehtiyacı olan valideynlərin müəyyən etməyə və əlaqə yaratmağaimkan verə bilər.Şagirdlərin məktəbdən nə dərəcədə razı qaldıqlarını bilmək, müəllimlərin məktəbdə işləməkdən nə qədər məmnun olduqlarını bilmək qədər vacibdir. Keyfiyyətli sorğu ilə tədrisin keyfiyyətindən tutmuş, təhsil müəssisəsindən təhlükəsizlik və s. məsələlərə dair tələbələrin/şagirdlərin fikirlərini öyrənə bilərsiniz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi