Məmməd Arazın 90 illiyinə həsr olunmuş tədbir

Bu gün məktəbimizin kitabxanaçısı Xatirə Rəsulova və UBR Züleyxa Soltanovanın təşkilatcılığı ilə Məmməd Arazın 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Məmməd Arazın həyatını əks etdirən gözəl bir videoçarxla başladı. Daha sonra Məmməd Arazın həyat və yaradıcılığı barədə şagirdlər məlumat verdilər. Tədbirin davamında şagirdlər böyük poetik ilhama malik olan Məmməd Arazın ən qəlbəyaxın, sevilən şeirlərini səsləndirdilər.