Azərbaycanın xalq şairi S. Vurğunun 110 iliyi münasibəti ilə tədbir keçirildi

Azərbaycanın xalq şairi , xalqın sevimlisi S. Vurğunun 110 iliyi münasibəti ilə Binəqədi rayonu N .Babayev adına tam orta məktəbdə ədəbiyyat müəllimi R.Məmmədova və kitabxanaçı X.Rəsulovanın rəhbərliyi ilə musiqili ədəbi-bədii gecə keçirildi.Gecədə məktəbin direktoru, müəllimlər və şagirdləri iştirak etdilər. Şagirdin ifasında tarın müşaiyyəti ilə S .Vurğunun VII , VIII və X sinif şagirdləri tərəfindən deyilən şerləri şagirdlərin şairə olan məhəbbətini bir daha sübut etdi.Şagirdlərin S.Vurğunun həyat və yaradıcılığına aid hazırladıqları təqdimatlar hamının diqqətini cəlb etdi.Gecənin sonunda ədəbiyyat müəllimi R.Məmmədova çıxış edərək S.Vurğunun yalnız xalq şairi deyil , eyni zamanda həmişə kimsəsizlərə , ehtiyacı olanlara əl tutan şəxsiyyət kimi , xalqın şairi kimi həmişə ürəklərdə , qəlblərdə yaşayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi