“11 oktyabr Beynəlxalq Qızlar Günü”
Təhsilli qızlar qalxanlı döyüşçü kimidir!!!
Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir.
Azərbaycanda ailələrin rifahının yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, xüsusilə də uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması üzrə ciddi işlər görülür.Bununla əlaqədar olaraq Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bir sıra maraqlı layihələr həyata keçirir. Ölkəmizdə də 2012-ci ildən başlayaraq “11 oktyabr Beynəlxalq Qızlar Günü” keçilir.