"Reproduktiv sağlamlıq" proqramı əsasında "Mən və mənim əhatəm" məşğələsi

Məktəbin psixoloqu Orucova Səbinə VIII sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" proqramı əsasında
"Mən və mənim əhatəm" məşğələsi keçirdi. Məşğələ “Mən kiməm?” fəaliyyəti ilə başladı. Şagirdlərin sinif yoldaşları haqqında fikirləri alındı, fikirləri və hiss etdiklərini necə ayırd etmələri haqqında müzəkirələr olundu.