144 nömrəli məktəbin fədakar müəllim ordusu 5 oktyabr Beynəlxalq Müəllimlər Gününü fəxrlə qeyd etdi.

“Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır."- Heydər Əliyev.

Bəli, həyatını müəllimliyə həsr etmiş insanlar fədakar və ən sonda qəhrəmandırlar.

144 nömrəli məktəbin fədakar müəllim ordusu 5 oktyabr Beynəlxalq Müəllimlər Gününü fəxrlə qeyd etdi. Kollektivin bütün üzvləri Ulu Öndərin təhsil işçilərinə verdiyi dəyəri doğrultmaq yolunda sevgi və inamla birlikdə təhsilə töhfə verməkdədir.

Həmçinin bu ay 65 illik yubileyi baş tutacaq dəyərli kitabxanaçımız Xatirə Rəsulovaya peşəsini olduqca məsuliyyətlə icra etdiyinə görə xüsusi təşəkkür hədiyyəsi verilib. Eyni zamanda bu il məktəb kollektivinə qatılan yeni müəllimlərimizdən Böyük Vətən Müharibəsi iştirakçısı olan kimya müəllimi Nemət müəllim də xüsusən təbrik edilib, şagirdlərə gözəl nümunə olduğu üçün bütün müəllim heyəti tərəfinfən alqışlanıb.

Məktəbin istedadlı şagirdi

Aysu Məmmədli öz sevimli müəllimlərini təbrik etməyi unutmadı.Belə ki, o müəllimlərini təbrik məqsədi ilə öz ifasında gözəl nəğmələr ifa etdi.

Müəllimlər günümüz mübarək, əziz müəllimlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi