5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin musiqi müəllimi Təranə Hüseynovanın rəhbərliyi ilə şagirdlərin ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin musiqilərindən ibarət musiqili tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin müəllim və şagirdləri iştirak etmişdirlər. Dahi Üzeyir Hacıbəylinin milli ruhumuzu qidalandıran, zövqümüzü cilalayıb formalaşdıran gözəl musiqiləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.