Müəllimlər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundu

İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.
Musa Yaqub
Əsrin tələblərinə uyğun, yeni intelektual biliyə malik gələcəyin qurucularını yetişdirən, milli mənəvi dəyərlərə hörmət ruhunda böyüyən balaların yoluna daim işıq tutan, mayak olan müəllimlər bu il də Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən dəyərləndirildi. Təltif olunanlar sırasında olduğum üçün qürur duydum. Mənə verilən dəyər məktəbimizə verilən dəyər idi. Bu təltifə layiq görən Binəqədi Rayon İcra Hakimiyyətinə, cənab başçıya, bu və bu kimi tədbirlərin yüksək səviyyədə keçirilməsində rolu olan təşkilatçılara, məktəbimizin rəhbəri İlahə xanıma dərin təşəkkür edirəm.