Vətən üçün yaşanılan ömürlər unudulmur...

Vətən üçün yaşanılan ömürlər unudulmur...
Şəhidlər unudulmur...
Şəhidləri unutmuruq...
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş oğulları birləşdirən bir özəllik var - qəhrəmanlıq. Bu qəhrəman oğullardan biri də məktəbimizin məzunu olan Murad Məmmədlidir.
Tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onları anmaq hamımızın vətəndaşlıq borcudur.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Allah rəhmət eləsin!