20 Yanvar şəhidinin ailəsi ilə görüş.
1990-cı ilin 20 Yanvar hadisələrində vətənin müstəqilliyi uğrunda canlarını qurban vermiş soydaşlarımızdan biri də vaxtilə məktəbin məzunun olmuş İsrafil Haşımovdur. Hər il olduğu kimi bu il də məktəb kollektivi şəhidi hörmətlə anır. Məktəb rəhbərliyi və bir qrup şagirdlər şəhidin ailəsi ilə görüşə getdi. Görüş zamanı İsrafil Haşımovun anası Əfruz xanım şəhid övladı haqqında xatirələrini danışdı. Məlumat üçün bildiririk ki, Əfruz xanımın 4 oğlunun 4-ü də 20 yanvar hadisələrində birlikdə iştirak etmişlər. Qardaşları İsrafil onların gözləri qarşısında şəhid olmuşdur. Vətən uğrunda canlarını əsirgəməyən övladlar tərbiyə edən ana qarşısında baş əyir, Allahdan ona səbr diləyir və cansağlığı arzulayırıq.