27 sentyabr Anım Günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021- ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq edilmiş “ 27 sentyabr Anım Günü” və “ 8 noyabr Zəfər Günü” ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsaslanaraq bu gün məktəbdə “ Anım Günü” ilə əlaqədar tədbir keçirildi .
Dövlət Himni ilə başlayan tədbirdə məktəbin direktoru İlahə Həmidova 44 günlük II Qarabağ müharibəsinin başlanması və böyük qələbəmizlə sona çatması , xalqla dövlət başçısının birliyi, əsgərlərimizin rəşadəti , Anım gününün mahiyyətini bir daha şagirdlərin diqqətinə çatdırdı.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonda şagirdlər Vətən, Qarabağ,şəhidlər haqqında şüarlar səsləndirdilər.