144№ - li məktəbdə 116 - 111 nömrəli pulsuz Uşaq Qaynar Xəttinin fəaliyyəti haqqında maarifləndirici tədbir keçirilib.

26.09.2023-cü il tarixində məktəbimizin psixoloqu Orucova Səbinə “Ümidli Gələcək” Sosial Təşəbbüslər Birliyinin icraçı direktoru Kəmalə Aşumovanın Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayeva ünvanladığı 14.09.2023-cü il 800№li məktubuna və BMT-nin Uşaq Hüquqları Komitəsinin “İştirakçı dövlətə 116-111 nömrəli pulsuz Uşaq Qaynar Xəttinin 24 saat səmərəli fəaliyyətini təmin etmək və ondan  istifadə haqqında uşaqlar arasında məlumatlılığı artırmaq üçün zəruri insan, maliyyə və texniki resursları ayırmağı tövsiyyə edir” xüsusi bəndlərinə əsasən mövzuya dair şagirdlərlə maarifləndirici tədbir keçirdi. Tədbirdə “Uşaq Qaynar Xətti”nin necə xidmət etdiyi, gündəlik həyatda yaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlara, təzyiq və şiddətə məruz qalan uşaqlara, psixoloji zorakılığa məruz qalan uşaqlara necə yardım göstərdikləri barədə məlumat verildi, xidmət haqqında videoçarxlar göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi