15 sentyabr Respublikamızın bütün ərazisində Bilik günü kimi qeyd olunur.

15 sentyabr Respublikamızın bütün ərazisində Bilik günü kimi qeyd olunur. Bu gün məktəbimizdə “ Bilik günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra məktəbimizin direktoru Həmidova İlahə xanım ötən tədris ilində məzunlarımızın uğurlarını nümunə gətirərək yeni tədris ilində şagirdlərə daha böyük uğurlar qazanmağı arzuladı. Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Dilbər Səmədova iştirak etdi.
2023/2024-cü tədris ilində bütün şagirdlərə sağlam və uğurlu təhsil fəaliyyəti arzulayırıq.