Məktəbimizin 11A sinif şagirdləri 100% qəbul nəticəsi ilə hər birimizi sevindirdi.
Məktəbimizin 11A sinif şagirdləri 100% qəbul nəticəsi ilə hər birimizi sevindirdi.
Qeyd edim ki, 11A sinfi 17 nəfərdən ibarət, "Texniki və riyaziyyat-iqtisadiyyat" təmayüllü sinif idi. Sinif rəhbərləri Vəsmiyə müəllimə çox təşəkkür edirəm. Onun zəhməti danılmazdır. Vəsmiyə Aslanova
Bəzən belə fikir səslənir ki, "bu repititorların zəhmətinin nəticəsidir". Lakin mən bunu belə hesab etmirəm. Bəli, repititorların da burada zəhməti var, amma bünövrəsi məktəbdə düzgün qoyulmayan, məktəb bilikləri olmayan şagird üçün repititor zəhməti aciz qalır. Mən uzun illər riyaziyyat fənni üzrə repititor kimi də fəaliyyət göstərmişəm və öz praktikama əsasən deyə bilərəm ki, məktəbdə bilik öyrədilməyən şagird üçün repititor heç nə edə bilmir. Sadəcə elementar bilik öyrədə bilir ki, bu da çox zaman universitet qəbulu üçün yetərli bilik hesab edilmir.
Elə buna görə də bu ilki universitet qəbulu nəticələrinə görə məktəbin müəllimlərinə öz təşəkkürümü bildirirəm