Şagirdimiz Muradın uğurları

Şəkildə gördüyünüz bu yaraşıqlı oğlanın adı Muraddır. O hələ ibtidai sinif şagirdimizdir.
Bu qoçaq balamız dünən müəlliminə deyib ki, "Mən İlahə müəllim ilə görüşmək istəyirəm, ona qazandığım medallarını göstərmək, şəkil çəkdirmək istəyirəm."
Başımız BSQ-nin keçirilməsinə qarışsa da mən Muradla məmnuniyyətlə görüşdüm, çox səmimi söhbtlər etdik.
Bəzən uşaqlara söhbət edərkən onlar o qədər maraqlı, sıradan olmayan, çox ağıllı fikirlər səsləndirirlər ki, təəccüblənməmək mümkün deyil. Elə olur ki, onların bu söhbələrini çəkib bütün tanışlarla bölüşmək istəyirəm. Hamı görsün ki, "Z" nəsli adlandırdığımız bu nəsil necə ağıllı, dərrakəlidir.
Murad riyaziyyat və şahmat üzrə çox bacarıqlıdır. Yaşı az olsa da qeyd etdiyim elm istiqamətlərində böyük uğurları var.
Bizlər sadəcə onlara dəstək olmalıyıq. Bəzən bir kəlmə xoş sözümüz, tərəfimiz onlarda çox böyük motivasiya yaradır.