20 YANVAR - AZADLIĞA GEDƏN YOLUN ZİRVƏSİDİR

"20 Yanvar" faciəsinin 27-ci ildönümü ilə bağlı Binəqədi rayonu N.Babayev adına 144 saylı tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilir.Tədbirlər planına müvafiq olaraq məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm, inşa yazı müsabiqələri keçirilmişdir. Məktəbin foyesində "20 Yanvar" faciəsini əks etdirən guşə yaradılmış, şagirdlərin iştirakı ilə tədbir təşkil edilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru H.Mahmudova bildirdi ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.TƏdbirin qonaqlarından hərbi jurnalist Lalə xanım, 42 N-li Diyarşünaslıq və Gənc turistlər mərkəzinin əməkdaşı- tarixçi Əlövsət müəllim çıxışlarında vurğuladılar ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Tədbirdə "20 Yanvar" faciəsi haqqında film-rolik nümayiş olunmuşdur. Filmdə bəşər tarixinin dəhşətli cinayət hadisəsi şagirdlərin diqqətinə çatdırılmışdır.Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi