Məktəblərarası bilik yarışı
20 Yanvar" faciəsinin 27-ci ildönümü ilə bağlı Binəqədi rayonu N.Babayev adına 144 saylı tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına müvafiq olaraq 144 N-li məktəbdə 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin xatirəsinə həsr edilmiş "20 Yanvar- azadlığa gedən yolun zirvəsi" adlı məktəblərarası bilik yarışı təşkil edildi. Yarışda Bakı şəhərinin 129, 144 nömrəli məktəblərinin və Cəbrayıl rayon Sirik kənd tam orta məktəblərinin komandaları iştirak etmişlər.